Elçin Xalidbəyli: Bunlar Azərbaycanın təhlükəsizlik sisteminin əsas dayaqları rolunu oynaya bilər- ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdəki nitqində beynəlxalq hüquq anlayışının tamamilə sarsıldığını, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasının iflasa uğradığını bildirdi. 

Bəs, Azərbaycan bu yeni vəziyyətdə milli təhlükəsizliyini necə təmin etməlidir?

"Mövcud situasiyada Azərbaycanın milli təhlükəsizliyini qoruya biləcək 2 önəmli faktor mövcuddur". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Bu ondan ibarətdir ki, Azərbaycanın güclü ordusu olmalıdır. Azərbaycan eyni zamanda iqtisadiyyatını daha yüksək səviyyədə inkişaf etdirməlidir. Buna paralel olaraq da Azərbaycan Türkiyə ilə müttəfiqliyi daha da gücləndirməlidir, çünki Azərbaycan və Türkiyənin müttəfiqliyi dünyada bir çox qüvvələri narahat edir. Bu müttəfiqliyin kənar təsirləri bloklamaq imkanında olduğu qətiyyən şübhə doğurmur. Ona görə də Türkiyə ilə müttəfiqlik Azərbaycanın təhlükəsizlik maraqlarında olduqca xüsusi yer tutur. Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında önəmli bir faktordur. Güclü Azərbaycan ordusu və Türkiyə ilə müttəfiqlik indiki situasiyada Azərbaycanın təhlükəsizlik sisteminin əsas dayaqları rolunu oynaya bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31