Azərbaycan və Anqola arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
26 Sentyabr 2024 10:26 Siyasət25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Anqoladan olan həmkarı Amb Tete Antonio ilə görüş keçirib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş əsnasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının, eləcə də humanitar sahədə tərəfdaşlığın inkişaf etdirilməsi üçün daha çox imkanların araşdırılmasının zəruriliyi ifadə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31