Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib- ÖZƏL
26 Sentyabr 2024 10:08 Siyasət"Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası iştirak edən Prezident İlham Əliyev proqram xarakterli nitqində bu il Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərinin mahiyyəti və əhəmiyyəti barədə önəmli açıqlamalar verməklə yanaşı, ölkənin qarşısında duran əsas vəzifələr, eləcə də digər vacib məsələlər barədə mühüm fikirlər səsləndirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib: "Dövlətimizin başçısı builki seçkilərin müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazilərində keçirilən tarixi hadisə kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb. "Prezident bununla bağlı İkinci Qarabağ müharibəsinin və dövlət suverenliyimizin tam təmin edilməsinin dünya miqyasında tarixi hadisə olduğunu, bu amillərin ölkə qarşısında yeni imkanlar, açdığını vurğulayıb. Həqiqətən də son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri xüsusilə möhkəmlənmiş, ölkəmizin parlaq Qələbələr sayəsində əldə etdiyi nəticələri isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət xətti nəticəsində bütün dünya qəbul etmişdir. Əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən müəyyən ölkələr və dairələr hələ də var. Lakin onların bütün səyləri nə dövlətimizin, nə də xalqımızın iradəsinə qətiyyən təsir edə bilməz".
Alim Hüseynli
Olaylar.az