Azərbaycan-BMT Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə edilib

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT Sivilizasiyalar Alyansının Baş katibin müavini və Ali Nümayəndəsi Migel Moratinosla görüşüb.

Olaylar xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

Danışıqlar zamanı Azərbaycan-BMT Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq, Azərbaycanın sivilizasiyalararası dialoqdakı rolu, eləcə də Bakı prosesi diqqət mərkəzində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31