Prezidentin qarşıya qoyduğu vəzifələrdən biri artıq gerçəkləşdirildi- ÖZƏL

"VII çağırış Milli Məclisin ilk toplantısında etdiyi nitqində cənab Prezidentimiz İlham Əliyev qarşıda dayanan vəzifələrdən danışarkən ilk yerdə dövlətimizin hərbi gücünün artırılmasının zərurliyini vurğulamışdı: "Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir".



"Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı, MM sədrinin müavini Musa Qasımlı bildirib ki, həmin vəzifənin yerinə yetirilməsi istiqamətində növbəti addımlardan biri artıq gerçəkləşdirildi: "Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbbəxanasına daxil edildi".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31