Ərdoğan BMT tribunasından Türkiyənin şərtini yenə təkrarladı- ÖZƏL

"Nyu-Yorkda yerləşən Türk Evində Ərdoğanla görüşə gedən Paşinyana Türkiyə prezidentinin "Daha ədalətli bir dünya mümkündür" kitabı verilib". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ərdoğanın kitabını görüşdüyü liderlərə bağışlaması ənənəsi var, hərçənd, burada digər məqsəd erməni baş nazirin əliboş qayıtmaması da ola bilərdi: "Çünki Paşinyan Ərdoğandan "ilkin şərt" olmadan (Azərbaycan olmadan) münasibətlərə təkan verməyi istəsə də, Ankara Bakı şərtini təkrarlayıb. Ərdoğan BMT tribunasında çıxışında da bəyan edib ki, "Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək". Bunun BMT tribunasından elan edilməsi Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur etmək istəyən qüvvələrə də açıq mesajdır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31