ABŞ Rusiyanın "Zəngəzur dəhlizi" məsələsində fəallaşmasından narahatdır- ÖZƏL

"Azərbaycan və Ermənistan xarici işlər naziləri E. Bkinkenin vasitəçiliyi ilə Nyu-Yorkda görüşü baş tutacaq. İki ölkə arasında əldə olunan razılaşmaların davam etməsində  Vaşinqtonun obyektiv vasitəçiliyi də mühüm rol oynayıb".  "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Nazirlər sülh gündəliyi və sülh müqaviləsində bir neçə bəndin müzakirəsini aparacaq. Xüsusilə, ABŞ Rusiyanın "Zəngəzur dəhlizi" məsələsində fəallaşmasından narahatdır. Bu məsələdə danışıqlar predmeti ola bilər. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar davam edir. ABŞ bu görüşü təşkil etməklə, prosesdə var olduğunu mesajını verir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31