Qarabağ Universiteti ən qısa zamanda ölkənin aparıcı ali məktəblərindən birinə çevriləcək- ÖZƏL

"Qarabağ Universitetinin ilk tələbələri üçün elan edilmiş qəbul planının tam dolması insanlarımızın öz dədə-baba yurdlarına, Vətən torpaqlarına bağlılıqlarının daha bir göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kəmaləddin Qafarov deyib: "Bu ali təhsil ocağında təhsil almağa başlayan tələbələr o torpaqlar işğal altında olduğu illərdə anadan olan gənclərdir. Təqdim olunan məlumatlarda bildirilir ki, universitetin qəbul planı bütünlüklə dolmuşdur. Bu, əlbəttə ki, qətiyyən quru statistik məlumat kimi qiymətləndirilə bilməz. Bu göstərici Azərbaycan xalqında Vətən torpaqlarına bağlılığın genlər səviyyəsində, qan yaddaşında olduğunu bir daha təsdiq edir. Bu tədris ilində Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Burada ölkəmizin hər bir bölgəsindən tələbələr var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr də bu universitetə böyük həvəslə gəlmişlər. İlkin olaraq Qarabağ Universitetində altı fakültə yaradılıb. Növbəti illərdə burada tibb fakültəsi də yaradılacaq. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ Universiteti ən qısa zamanda ölkənin aparıcı ali məktəblərindən birinə çevriləcək".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31