Prezidentin çıxışı qarşımıza böyük amala doğru birgə yürümək məqsədi qoyur- ÖZƏL

Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında ərazi bütövlüyü bərpa olunmuş ölkənin ali tribunasından ölkəyə və dünyaya mühüm mesajlar verdi. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etməyə davam edəcək, xarici siyasətdə heç bir geriyə addım olmayacaq və heç bir qüvvə bizi  haqq işimizdə dayandıra bilməyəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Qüdrətli ölkənin qalib Lideri kimi Prezident İlham Əliyevin gələcəyə yönəlik strateji proqram xarakterli çıxışı zamanı söylədiyi hər bir fikrin arxasında dövlətimizin daha da güclü olmasına hesablanan siyasət, qətiyyət dayanır. Bu baxımdan Prezidentin çıxışı yeni parlamentin hər bir üzvünün qarşısında perspektivdə bu tezisləri əsas tutaraq böyük amala doğru birgə yürümək məqsədi qoyur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31