İlham Əliyevin dəyərli fikirləri parlament tarixində mühüm hadisə kimi yadda qalacaq- ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq son illər ərzində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı deyib: "23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasına təşrif buyuran Prezident İlham Əliyevin dəyərli fikirlərini bölüşərək proqram xarakterli tövsiyələrini verməsi parlamentin tarixinə yazılan mühüm hadisələrdən biri kimi yadda qalacaq. Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5 dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır. Ümumilikdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31