Yaxın Şərqdə yeni siyasi nizam düzənlənir- ÖZƏL

"İsrailin Livanda İran dəstəkli "Hizbullaha" qarşı hərbi əməliyyatları Vaşinqtonun Yaxın Şərq planın bir hissəsidir. İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatlar sürətli şəkildə davam edəcək. Qəzza zolağında "Həmasa" qarşı hərbi əməliyyatlar ardınca Hizbullaha qarşı davam edir.  İran Hizbullaha hücumu özünün "Qırmızı xətti" elan etsə də  İsrailin geniş miqyaslı əməliyyatlarına bəyanatlar verməklə kifayətlənir". 

"Olaylar"ın məlumatına görə, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib:

"Artıq Yeni dünya siyasi nizamının qurulması Rusiya-Ukrayna cəbhəsində və Yaxın Şərqdə cizgilənir. Livanda Hizbullaha qarşı hərbi əməliyyatlar fonunda ABŞ və Böyük Britaniya İranı xəbərdar edib.  İran Həmas, Hizbullah və Husilərə dəstəyi geri çəkərsə, Tehrana qarşı sanksiyalar götürülə bilər. Bununla da  nüvə sazişi danışıqlari bərpa oluna bilər. Məhz  Vaşinqtonun və Londonun İrandan  istəyi bundan ibarətdir. 
İsrailin Livanda "Hizbullaha /"qarşı əməliyyatlar əvvəlki hərbi əməliyyatlardan fərqlidi. Burada məqsəd Həmas, Hizbullah və Yəməndə Husiləri siyasi səhnədən silməklə, yeni bir siyasi sistem qurulacaq. Livanda Hizbullah sıradan çıxarsa, İranın "Muqavimət" oxu strategiyasi tənəzzülə uğrayacaq. İranın davranışlarından görünür ki, Tehran proseslərin ciddiliyini anlayıb və Hizbullaha görə İsrailə qarşı müharibə elan etmir.
İsrailin Livanda hücumu davam etdiyi bir vaxtda İranın yeni prezidenti M. Pezeşkian ABŞ -da səfərdədir. Ötən həftə Amerika xalqını qardaş adlandiran İran prezidenti nüvə sazişinə qayıtmağa hazır olduqlarını bəyan etdi. Təbi ki, İran Hizbullaha qarşı müharibəyə qoşulsaydı prezident M. Pezeşkian Nyu-Yorka yola düşməzdi.
Demək olar ki,  ABŞ, Yaxın Şərqdə yeni siyasi nizam yaradır. Birinci, İsrailin burada təhlükəsizliyi təmin ediləcək. İkinci, İranın proksi qüvvələri sıradan çıxarılacaq.  Üçüncü, İsraillə ərəb ölkələri arasında sülh  bağlayacaq. İbrahim anlaşması reallaşacaq. Dördüncü, Qəzza Fələstin adminstrasiyasinın nəzarətinə verilib Fələstin dövlətinin müstəqilliyi elan ediləcək. Beşinci, Hindistandan İsraili yeni dəhliz açılacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31