Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcək
25 Sentyabr 2024 10:00 SiyasətBirinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhidin dəfn tarixi məlum olub.
Olaylar xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın 26-da Alıyev Vaqif Sərdar oğlu Gəncə şəhəri Şəhidlər Xiyabanında, Quliyev Mirzəli Müslət oğlu Xocavənd rayonu, Qaradağlı kəndi Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31