Azərbaycan və Antiqua və Barbuda arasında COP29 ilə bağlı məsələlər müzakirə edilib

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər, immiqrasiya və ticarət naziri E.P. Çet Qrin ilə görüşüb.

Bu barədə Olaylar Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabına istinadən xəbər verir.

İki ölkə arasında münasibətlərin əsasən BMT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda formalaşması fonunda ikitərəfli münasibətlərin inkişafı üçün siyasi dialoqun və qarşılıqlı səfərlərin dinamikasının stimullaşdırılmasının vacibliyi vurğulanıb.

Görüşdə COP29 ilə bağlı məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31