Ceyhun Bayramov maltalı həmkarı ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə C.Bayramov "X" səhifəsində paylaşım edib.

"Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, Ermənistanla münaqişədən sonra regiondakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı", - paylaşımda vurğulanıb.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31