Azad edilmiş ərazilərdə ən çox piyada əleyhinə minalar tapılıb - ANAMA sədri

İşğaldan azad edilmiş ərazilərdə ən çox piyada əleyhinə minalar tapılıb.

Olaylar xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Sədr bildirib ki, piyada əleyhinə aşrkarlanmış minaların sayı 33 mindən çoxdur.

"Aşkarlanmış minaların 20 mindən çoxu isə tank əleyhinə minalardır, qalanları partlamamış hərbi sursatlar və digərləridir", - deyə V. Süleymanov qeyd edib.

Qeyd edək ki, 2020-2024-cü illər ərzində ümumilikdə Şərqi Zəngəzur və Qarabağ ərazisində 379 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanları olub. Bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Şərqi Zəngəzur və Qarabağ ərazisində bu günə qədər 161 min hektar ərazidə təmizləmə işləri aparılıb. Bu günə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31