ADEX-2024 sərgisində "Lancet-E" kompleksi nümayiş olunub

ADEX-2024 sərgisində "Lancet-E" kompleksi və yeni aviasiya modellərinə qarşı radioelektron mübarizə vasitəsi nümayiş olunub.

Olaylar xəbər verir ki, "Lancet- E " kompleksi tankların, BMP, BTR, mühəndis texnikası, dayaq və komanda məntəqələrinin, aviasiyanın, REB sistemlərinin və PUA-lara qarşı mübarizənin, habelə stasionar və hərəkət edən yerüstü hədəflərin inamlı məğlubiyyətini təmin edir.

Digər tərəfdən, "RB-504P-E" məhsulu PUA-ların rabitə və naviqasiya kanallarını avtomatik rejimdə aşkar edib zərərsizləşdirməyi təmin edir.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

ADEX-2024 sərgisində "Lancet-E" kompleksi nümayiş olunub (FOTO)

ADEX-2024 sərgisində "Lancet-E" kompleksi nümayiş olunub (FOTO)

ADEX-2024 sərgisində "Lancet-E" kompleksi nümayiş olunub (FOTO)

ADEX-2024 sərgisində "Lancet-E" kompleksi nümayiş olunub (FOTO)

ADEX-2024 sərgisində "Lancet-E" kompleksi nümayiş olunub (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31