Azərbaycan diasporu Niderland parlamentinə müraciət edib

Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın "Beynəlxalq təhlükəsizlik" bölməsində Azərbaycan ərazilərinin azad olunması "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi göstərilib. Həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib.

Olaylar xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Niderlandın Azərbaycan icması bu cür sənədlərin erməni millətçilərində qisas üçün boş ümidlər yaratdığını və regionda gərginliyi artırdığını, belə hərəkətlərin sülhə yox, əksinə münaqişəyə səslədiyini vurğulayıb, etirazlara davam edəcəyini bildirib.

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb. Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüşün olacağı ilə bağlı məlumat yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31