27 sentyabr-Anım Günü şəhidlərin xatirəsinə ali ehtiramın göstəricisidir- ÖZƏL

"Məlumdur ki, 44 günlük savaş zamanı Ermənistana gizli yolla silah verən dövlətlər işğalçıya haqq qazandırırdı. Lakin bütün bunlara baxmayaraq Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib: "Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhidlərin xatirəsinə, onların doğmalarına ali ehtiramın göstəricisidir. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətən uğrunda canlarını qurban verən şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Küçə, prospekt və meydanlarda, evlərin eyvanlarında üçrəngli dövlət bayrağımız dalğalanır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31