Azərbaycan Ordusu yeni tarix yazmağa qadirdir- ÖZƏL

"Ermənistan hərbi birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları şanlı ordumuz tərəfindən qısa müddətdə azad edildi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "İşğala 44 gün ərzində son qoyulması Azərbaycan dövlətinin qətiyyətinin, müzəffər ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, Vətən sevgisinin nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!" əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Vətən oğulları qanları, canları ilə tarix yazmaqla bir daha sübut etdilər ki, torpaq -əgər uğrunda ölən varsa, Vətəndir!
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişatında və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində dünyanın aparıcı media qurumlarına müsahibələri ilə Ermənistanın apardığı təbliğatın üzərindən xətt çəkdi".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31