Üçtərəfli Bəyanat Azərbaycan üçün milli təhlükəsizlik məsələsini önə çıxardı- ÖZƏL
24 Sentyabr 2024 14:45 Siyasət"2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və həmrəylik məsələsi olaraq respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ölkəmizin ərazi bütövlüyünün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərmişdi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev deyib: "Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməməsi problemin həllini ləngidirdi. Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm Qələbəyə qovuşdurdu".
Alim Hüseynli
Olaylar.az