Azərbaycan Ermənistanı pat vəziyyətdə qoydu- ÖZƏL

"Azərbaycan Pakistandan JF17 çoxfunksiyalı və yeni nəsil qırıcılar alıb. Bir milyard dollarlıq qırıcıların  alınması  Azərbaycanın hərbi hava qüvvələrini kifayət qədər gücləndirəcək. Ermənistanın Hindistan artilleriya və digər zirehli texnikalar tədarükü etməklə Azərbaycanın da öz hərbi qüvvələrini yeniləməyi və inkişaf etdirməyi zərurəti yaradır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Silahlanma yarışına Ermənistan başladı və tez bir zamanda çalışır ki, silahlı qüvvələrini yeni silahlarla təchiz etsin. Bununla da  Azərbaycanla danışıqlarda yeni şərtlərlə çıxış etsin. Azərbaycan yeni nəsil qırıcılar almaqla Ermənistanı pat vəziyyətdə qoydu. Azərbaycan bundan sonra da Ermənistan və onun hamilərini təcübləndirməyə davam edəcək. Azərbaycana qarşı kirli oyunlar davam edir".

Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31