Artıq Fransanın etdiyi cinayətlər gizli qalmır- ÖZƏL

"Dünyada yayılmış belə bir tezis var: İkinci Dünya müharibəsindən sonra dünyada müstəmləkəçilik siyasəti də son buldu. Lakin bu gün Fransanın etdiyi vəhşiliklər bunu bizə göstərir ki, əslində dünyada təəssüflər olsun ki, müstəmləkəçilik sona çatmayıbdır. Martinika xalqına qarşı və digər müstəmləkə torpaqlara qarşı Fransa həqiqətən də çox barbar bir davranış sərgiləyir".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Həm Martinik, həm Yeni Kaledoniya, həm də digər torpaqlara baxdığımızda Fransa orada yaşayan insanları təməl hüquq və azadlıqlardan məhrum buraxmışdır. Oradakı torpaqları Fransa özünün adətən bir laboratoriyası kimi görür. Yüksək zəhərlənmə, xərçəng xəstəliyi, digər bütün laboratoriya müşahidələrə xalqın üzərində aparılır. Bu, Fransanın nə qədər cinayətkar, nə qədər hüququ tanımayan olduğunu göstərir. Bu gün bütün dünya bu haqsızlığa susur. Biz görürük ki, dünyada yaşanan bir çox şeylər o dəqiqə reaksiya verilərkən Fransanın etdiklərinə Beynəlxalq güclər, xüsusən kollektiv Qərb tərəfindən qaşı üstündə gözü var deyən yoxdur. Lakin bu gün dünyada artıq texnologiya, xəbərləşmə sürətli həddə çatmışdır. Artıq Fransanın etdiyi cinayətlər gizli qalmır. Bakının, Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı nə qədər ciddi şəkildə mübarizə apardığını görürük və bir çox ölkələr bu gün Fransa müstəmləkəçiliyinə qarşı xxı əsrdə mübarizə aparır. Biz inanırıq ki, bizim zülmə məruz qalmış xalqlarla birlikdə apardığımız bu mübarizə Fransa müstəmləkəçiliyinin sonu olacaqdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31