Bizə şər atılır və o şərin cavabı da layiqincə verilməlidir - ÖZƏL

"Kanadanın Azərbaycana münasibətdə davranışları heç vaxt uyğun bir şəkildə olmayıb".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Demək olar ki, bütün mərhələlərdə Kanada ermənipərəst mövqeyi ilə seçilib. Azərbaycanın haqq davasında, ədalətin bərpa edilməsində Kanada heç bir rol oynamayıb. Azərbaycan torpaqları uzun illər - 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olduğu vaxtlarda belə Kanada dövləti Ermənistana "gözün üstə qaşın var" deməyib və açıq mətnlə daim ermənipərəst mövqedən çıxış ediblər. Sanki onların bəyanatlarını Kanada dövlətinin rəsmiləri deyil, Ermənistanın təbliğat maşınının hansısa bir hissəsi hazırlayır və onlar da dilə gətirirlər. Həmişə belə davranıblar, indi də fərqli deyil. Ona görə də, Qərbi Azərbaycan icmasının bu məsələyə münasibəti yerindədir, amma yetərli deyil. Mən düşünürəm ki, Azərbaycanın başqa vətəndaş cəmiyyəti təmsilçiləri də, müvafiq dövlət qurumları da bu məsələyə daha sərt cavab verməli, eyni zamanda, Azərbaycan dövləti, BMT səviyyəsində, bu cür yalan, böhtanla bağlı məsələ qaldırmalıdır. Yəni biz davamlı şəkildə böhtana məruz qalırıq. Bizə şər atılır və o şərin cavabı da uyğun şəkildə uyğun platformalarda layiqincə verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31