Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq- ÖZƏL

"Ermənistan hərbi birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya deyib: "Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bundan sonra Azərbaycan müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31