Prezident İlham Əliyev: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir
23 Sentyabr 2024 14:23 SiyasətCOP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.
Olaylar xəbər verir ki, bu fikri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.
Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlətimizin başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib. Deyib ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31