Prezidentin müəyyən etdiyi strategiyaya uyğun olaraq iqtisadi və sosial islahatlara töhvə verməyə çalışacağıq-Deputat- ÖZƏL

"Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq VII Çağrış Milli Məclisdə fəaliyyətimiz zamanı seçicilərimiz ilə ünsiyyəti daha gücləndirərək öz təklif və fikirlərimiz ilə iqtisadi və sosial islahatlara töhvə verməyə çalışacayıq".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib:

"Bu gün VII çağırış Milli Məclisin ilk iclası keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev iclasda iştirak edərək nitq söylədi.  Dövlət başçısı proqram xarakterli çıxışında daxili və xarici siyasətlə bağlı mühüm mesajlar verdi, azad olunan ərazilərin yenidənqurması, intensiv məskunlaşmadan tutmuş, sosial təminatın və təhlükəsizliyimizin daha da gücləndirilməsi kimi məsələlərə toxundu. Azərbaycanın yeni dövr üzrə prioritetlərini bir daha bəyan etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31