İşğaldan azad olunmuş rayonlarda yaradılan şərait soydaşlarımızın dogma yurdlarına qayıdışına stimul verir- ÖZƏL

"Tarixi Zəfərimizdən ötən dörd ildə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya deyib: "Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açmaqla tarixi Zəfərimizin beynəlxalq miqyasda qəbuluna öz töhfəsini verir. Gələn ilin əvvəlində Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bu torpaqlarda yaradılan şərait soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışına stimul verir. Artıq dörd şəhərə və dörd kəndə qayıdış reallaşıb. Bu il qayıdışın nəzərdə tutulduğu məkanlar Xankəndi, Cəbrayıl və Kəlbəcər şəhərləridir. Tezliklə bu sevinci də yaşayacağıq".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31