Artıq təqvim günlərimizdəki qara günlər qırmızı günlərlə əvəz olunur- ÖZƏL

"Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən şanlı tariximizə daha bir parlaq təqvim günü-Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü təsis edildi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Sədaqət Vəliyeva deyib: "Dünya dövlətlərinin öz suverenliyini itirdiyi, müharibə, ixtişaş və qeyri-sabit proseslərin cərəyan etdiyi bir dövrdə biz öz suverenliyimizi bərpa etdik. Artıq təqvim günlərimizdəki qara günlər, qırmızı günlərlə əvəz olunur. Əlbətdə biz bütün bunları cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə edirik. Artıq qalib, qüdrətli, güclü, dünyanın həsəd apardığı Azərbaycan olmaqla yanaşı həm də Suveren Azərbaycanıq. Bütün  Azərbaycan xalqını Suverenlik Günü münasibətilə ürəkdən təbrik edirəm. Suverenliyimiz əbədidir!"

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31