Vüqar Əhmədov: Azərbaycan dövləti Qarabağ ermənilərinə kifayət qədər humanist davranıb- ÖZƏL

"Azərbaycanın Qarabağ bölgəsini ermənilərin məcburi tərk etməsindən danışmaq belə olmaz, çünki onlar Qarabağı könüllü şəkildə tərk ediblər, onlarla erməni bu barədə mətbuata açıqlama da verib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Qərb rəsmiləri hazırda Ermənistanda məskunlaşan Qarabağ erməniləri tərəfindən birtərəfli formada qərəzli şəkildə məlumatlandırılır. Son dövrlər biz Qərb dairələrindən bu məsələlərlə bağlı qərəzli açıqlamaların və tədbirlərin keçirilməsinin şahidi oluruq. Maraqlıdır, bu 30 ildə öz yurd- yuvasından zorla, silah tətbiq olunaraq, soyqırıma məruz qalaraq didərgin düşən soydaşlarımızın hüquqları ilə bağlı nəyə görə bu günə kimi ABŞ Konqresində bir dinləmə keçirilmədi, yaxud kanadalı nazir bununla bağlı bir açıqlama vermədi? Məgər Qarabağdan zorla qovulan azərbaycanlı məçburi köçkünlərin hüquqları insan hüquqları deyildimi?
Ona görə mən düşünürəm ki, Azərbaycan dövləti Qarabağ ermənilərinə kifayət qədər humanist davranıb. Nə 44 günlük müharibə dövründə, nə də 20 sentyabrda keçirilən antiterror tədbirlərində bir mülki erməniyə zərər dəyməyib. 
Bu ayrı məsələdir ki, Qərb təəssüf ki, illərdir Qarabağ məsələsində Azərbaycan nöqteyi nəzərdən  daha çox ərazi bütövlüyü məsələsi kimi, lakin ermənilərlə bağlı bir insan faciəsi kimi təqdim etməyə çalışır. Lakin elə ən böyük insanlıq faciələri yaşayan, soyqırıma məruz qalan, yaşamaq hüquqları pozulan xalq Azərbaycan xalqıdır. Qərb gərək gözünü açıb Qarabağ məsələsinə bir az da bu kontekstdən yanaşsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31