Zeynal Əmrəliyev: Bu Kanadanın ziyanınadır, Azərbaycan beynəlxalq müstəvidə sözünü deyib- ÖZƏL

"Həm müharibə dövründə, həm də müharibədən sonra Kanada höküməti Azərbaycana qarşı çox qərəzli mövqe sərgiləyir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Burda da erməni diasporu güclü şəkildə fəaliyyət göstərir. Kanadalı siyasətçilərə təzyiq metodu kimi bundan istifadə edirlər. Həmin erməni diasporunun formalaşmasında böyük məbləğdə pullar oynayır. Rüşvət və korrupsiya ilə   bu kimi siyasətçiləri ələ alırlar və onların vasitəsi ilə   Azərbaycana qarşı müxtəlif bəyanatlar səsləndirir, qərəzli mövqe sərgiləyirlər. Müharibə dövründə də Kanadanın məsələyə heç də uyğun olmayan siyasi xəttini gördük. Rəsmi Ottava çox təəssüflər olsun ki, Cənubi Qafqazda baş verən hadisələri düzgün şəkildə qiymətləndirə bilmir və nəticə etibarı ilə də hər zaman siyasətdə uduzur. Kanada dünyanın inkişaf etmiş ölkələrindəndir, böyük iqtisadi potensialı var, regional layihələrdə iştirak edərək bundan olduqca qazanclı çıxa bilər, amma Kanada siyasətçiləri bir qrup erməni mafiozun əlində oyuncağa çevrilib. Bu kimi mənasız açıqlamalarla, düzgün olmayan siyasətlər ilə öz ölkələrinin milli maraqlarına xəyanət edirlər. Təbii ki, bu, çox təəssüfləndirici haldır ki, belə bir böyük və gözəl potensialı olan bir ölkə Cənubi Qafqaz kimi mühim stratejik əhəmiyyətli, zəngin regiondakı hadisələri düzgün dəyərləndirə bilmir və özünün kənarda qalmasına şərait yaradır. Bu Kanadanın özünün ziyanınadır, Azərbaycan artıq öz torpaqlarını azad edib, beynəlxalq müstəvidə öz sözünü deyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31