Prezident İlham Əliyev: Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır
23 Sentyabr 2024 12:35 SiyasətQələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır.
Olaylar xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31