Dogma torpaqlarımızda erməni separatizminin kökü birdəfəlik kəsilib - ÖZƏL
23 Sentyabr 2024 11:59 Siyasət"Bu gün tam qətiyyətlə deyə bilərik ki, dogma torpaqlarımızda erməni separatizminin kökü birdəfəlik kəsilib". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Bu Zəfər Vətən naminə əzmkarlığın, prinsipiallığın və qətiyyətin dünyaya nümunəsidir. Deməli, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələrin fəthinə doğru yol almışıq.
Dövlətimizin başçısı sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib: "Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək". Xalqımız 100 illər keçsə belə, bu tarixi unutmayacaq. Daha da güclənmiş Azərbaycan dövlətinin vətəndaşları bu tarixi hadisəni uzun illər qeyd edəcəklər. Azərbaycanın Dövlət suverenliyi, dönməzdir, əbədidir!"
Alim Hüseynli
Olaylar.az