Cənubi Qafqazda daimi sülh üçün mühüm fürsət əldə edilib - Ərdoğan

Cənubi Qafqazda daimi sülh üçün mühüm fürsət əldə edilib.

Olaylar Turkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Türk evində çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistanla birlikdə Cənubi Qafqazda daimi sülh və sabitlik üçün mühüm bir fürsət əldə edilib", - deyə, Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31