Bu addımlar nə ABŞ Konqresinə, nə də Fransa Senatına başucalığı gətirmir- ÖZƏL

"Təəssüfedici bir məqamdır ki, ədalətdən, beynəlxalq hüquqdan dəm vuran ABŞ Konqresi, Fransa Senatı kimi təşkilatlar dünyanın fərqli-fərqli coğrafiyalarında özlərinin iyrənc siyasi məqsədlərini nümayiş etdirirlər".



Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Təbii ki, bunun nəticəsində bu gün separatçılıq siyasi sistemlərin əlində bir trend halını almağa davam edir. Azərbaycanın ərazi bütövlüyü təmin olunub  və hökumət səviyyəsində bunu ABŞ də qəbul edir. Fransa özü nə qədər də antiazərbaycan siyasət yürütsə də anlayır ki, Azərbaycan beynəlxalq hüquq əsasında öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü təmin edibdir. Belə olan təqdirdə bu gün ABŞ Konqresində dırnaqarası ""Dağlıq Qarabağ"ın süqutu" və s. adı altında hansısa dırnaqarası dinləmələr keçirmək, həmçinin ""Dağlıq Qarabağ" ermənilərinə dəstək" adlı absurd bir kampaniya həyata keçirmək hesab edirəm ki, bütövlükdə ABŞ Konqresinin və Fransa Senatının hansı səviyyəyə düşdüyünün növbəti nümayişidir. Hər halda bu tip addımlar bütövlükdə nə ABŞ Konqresinə, nə də Fransa Senatına başucalığı gətirmir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31