Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.

Olaylar.az səfirliyə istinadən xəbər verir ki, səfir Mark Libby qəbulda çıxışı zamanı bildirib ki, ABŞ şirkətləri və ABŞ-nin siyasi dəstəyi regionda tarixin və enerji geosiyasətinin gedişatını dəyişdirən bu mərhələnin həyata keçirilməsinə kömək etmək üçün zəruri idi.

Onun sözlərinə görə, ABŞ-nin dəstəyi Azərbaycan iqtisadiyyatının transformasiyasına təkan verərək, Azərbaycanın enerji sektorunda xarici investisiyaları qəbul etməsinə səbəb oldu.

Diplomat qeyd edib ki, bu "Əsrin müqaviləsi"nin ABŞ-Azərbaycan ikitərəfli münasibətləri tarixində xüsusi yeri var.

Mark Libby əlavə edib ki, Birləşmiş Ştatlar və Azərbaycan həmçinin Cənub Qaz Dəhlizinin sonrakı inkişafı üçün mühüm əhəmiyyət kəsb edən çoxşaxəli rollar oynayıblar: "Azərbaycan Cənub Qaz Dəhlizində iştirak etməklə özünü regional enerji bazarında əsas oyunçu və Avropa üçün mühüm enerji təchizatçısı kimi təsdiq edib".

Səfir əlavə edib ki, Azərbaycan qlobal enerji keçidini qəbul edərkən və COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, hökumət emissiyaların azaldılması ilə bağlı perspektivli öhdəliklər götürüb və "yaşıl enerji" ixracında regional lider olmaq üçün cəsarətli gündəliyi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31