Qətiyyətli və uzaqgörən siyasətin nəticəsi- ÖZƏL

"2020-ci il 10 noyabr üçtərəfli Bəyanata əsasən Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmalı, separatçılara məxsus silahlı dəstələr tərk-silah olunmalı idi. Lakin Ermənistan buna əməl etmirdi, əksinə Qarabağdakı hərbi birləşmələrini silahlandırır, zirehli texnikalarla təchiz edirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun xaricdəki havadarlarına müraciət edərək ermənilərin qanunsuz əməllərinə son qoyulmasını tələb edirdi. Ermənistan və Qarabağdakı separatçılar silahlı təxribatlar törətməklə yanaşı, Qarabağdakı təbii sərvətlərimizi də qanunsuz olaraq talayırdılar. 2023-cü ilin aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31