Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Qarabağda Rusiya sülhməramlılarının ölümü ilə bağlı Rusiya və Azərbaycanda cinayət işi başlanıb və yaxın vaxtlarda məhkəmə prosesi olacaq.

Olaylar xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın Baş prokurorluqları və istintaq orqanları bu məsələ ilə bağlı sıx təmasdadırlar.

Qeyd olunub ki, cinayət işi üzrə istintaq davam edir, ətraflı məlumat daha sonra dərc olunacaq. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31