İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsisi böyük rəmzi məna daşıyır- ÖZƏL

"Antiterror tədbirlərinin ildönümü ərəfəsində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamında dəyişiklik edilməsi barədə dövlət başçısının müvafiq Sərəncamına əsasən, 20 sentyabr tarixinin "Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü" elan edilməsi böyük rəmzi məna daşıyır".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:

"Həmçinin hər il sentyabrın 20-də qeyd ediləcək Dövlət Suverenliyi Gününün təsis olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mühüm əhəmiyyətə malikdir. Bu sənədər lokal xarakterli antiterror tədbirlərinin siyasi və tarixi əhəmiyyətinə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən o anları böyük xoşbəxtlik və tarixi hadisə adlandırmışdır: "Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31