Dövlətimiz suverenlik günü keçirməyi haqq edir - ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 sentyabrı Azərbaycan Dövlət Suverenliyi Günü kimi təsis etməsi Azərbaycan dövlətinə verilən ən önəmli dəyərlərdən biri kimi qiymətləndirilə bilər". 



Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin tarixinə ekskursiya etsək, görəcəyik ki, müstəqilliyimizin bərpasından sonrakı mərhələdə torpaqlarımız Ermənistanın işğalçı hücumuna məruz qaldı, 30 il işğal altında qaldı. Buna baxmayaraq, Azərbaycan dövləti öz gücünü topladı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı, prezidenti və ordusunun birgə fəaliyyəti nəticəsində Azərbaycan əraziləri işğaldan azad edildi və ərazilərimizi tam olaraq suverenliyini bərpa etmiş oldu. Hesab edirəm ki, bütün bunların hamısı məhz dövlətimizin suverenlik günü keçirməyi haqq etdiyini göstərir. Çünki biz istər 2016-cı il aprel döyüşlərində, istər 2020-ci il Tovuz döyüşləri, yaxud da 44 günlük İkinci Qarabağ savaşı və nəhayət, ötən ilin bu günü Azərbaycanın Qarabağ bölgəsinin ağıllı anti-terror əməliyyatının keçirilməsi nəticəsində ərazilərin işğaldan azad edilməsi və tam suveren olması prosesi, bunlar hamısı şanlı tariximizin bir parçasıdır. Bu baxımdan düşünürəm ki, məhz suverenliyin əldə edilməsi bu şanlı tariximizə qızıl hərflərlə yazıldı və burada təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin adı, Azərbaycanın tarixinə qızıl hərflərlə düşdü.
Ona görə də hesab edirəm ki, bu gün belə təyin qeyd olunması Azərbaycan xalqının mənəvi haqqıdır, Azərbaycan dövlətinin mənəvi haqqıdır və biz də bu haqqı həyata keçiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31