Cahit Bağcı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "X" sosial media hesabındakı paylaşımında bildirilib.

"Qardaş Azərbaycanın Dövlət Suverenliyi Gününü ürəkdən təbrik edirik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31