ABŞ-də prezident seçkiləri- ÖZƏL

"ABŞ prezident seçkiləri iki mərhələdən ibarətdir; Yəni prezidentin birbaşa xalq tərəfindən deyil, üzvlərinin xalq tərəfindən seçildiyi Seçki Şurası tərəfindən seçilməsi Şuraya seçilən üzvün başqa ada səs verib-verməməsi sualını yarada bilər. Bu ehtimal keçmişdə olsa da, seçkinin nəticəsini dəyişəcək şəkildə baş vermədi".



Bu fikiləri siyasi şərhçi Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:

"Bu nümunələr seçkidə uduzan namizədə qarşı səsvermə seçimlərindən ibarətdir. Məsələn, 2016-cı il prezident seçkilərində Havaydan seçilmiş Seçicilər Kollegiyasının üzvü Klintona yox, Berni Sandersə səs verib.
İki mərhələli seçkinin nəticələrindən biri də odur ki, ölkə üzrə səs çoxluğunu toplayan namizəd, Seçki Şurasında prezident seçilmək üçün tələb olunan 270 üzvə çata bilməyəcəyi üçün prezidentliyini itirə bilər. Çünki məsələn, Kaliforniyadan 50 faiz + 1 ilə qazanılacaq Seçki Şurası üzvlərinin sayı yüzdə 80 səslə qazanılacaq üzvlərin sayı ilə eynidir. Namizədlərə verilən qalıq səslərin toplanan üzvlərin sayına heç bir təsiri yoxdur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31