Bundan sonrakı təsəllimiz BAŞsağlığı deyil, BAŞ ucalığı olsun! - ÖZƏL

"Bu gün tarixdə ilk dəfə olaraq Dövlət Suverenliyi Gününü qeyd edirik!" 

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib:

"30 ildən çox bir müddəti əhatə edən aramsız mübarizə nəticəsində uğrunda minlərlə qəhrəman şəhid verdiyimiz, oğul və qızlarımızın qanı hesabına, Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi ilə bərpa etdiyimiz dövlət suverenliyimiz hər birimiz üçün ən qiymətli dəyərlərdən biridir. Hər kəsi təbrik edir, dövlətimizin daim güclü, müstəqil və suveren olmasını arzu edirik!"
Millət vəkili Fazil Mustafa qeyd edib ki, yaşadığımız tarixin şükranlığını da yaşamağı bacarsaq, Azərbaycanın heç vaxt geri dönüşü, çöküşü olmayacaq: "Bir il öncə baş verənlər bizə insan olaraq BAŞ verənin özəl bir neməti idi. Bu neməti də ali BAŞ komandan bu millətə çatdırdı. Bu ölkənin gələcəyini yalnız və yalnız məsuliyyətli BAŞlar baş-başa verərək güvənə və əminliyə qovuşdura bilərlər. BAŞımıza gələn qələbə BAŞımızı beş il öncə düşünə bilmədiyimiz ucalığa qaldırdı. Bu əsərin müəllifi olan Vətən şəhidlərinə görə BAŞımız sağ olsun! Bundan sonrakı təsəllimiz BAŞsağlığı deyil, BAŞ ucalığı olsun!"

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31