Azərbaycanı Zəfərə aparan strateji nailiyyət- ÖZƏL

"Bu gün, Azərbaycanın tarixində əlamətdar bir hadisənin - "Əsrin müqaviləsi"nin imzalanmasının 30-cu ildönümünü qeyd edirik. Ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti ilə hazırlanmış bu müqavilə, yalnız ölkəmizin neft strategiyasını deyil, bütövlükdə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxaran tarixi dönüş nöqtəsidir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib:

"Bu müqavilənin imzalanması ilə Azərbaycan, iqtisadi cəhətdən böyük bir sıçrayış edərək, təbii sərvətlərini tam mənasıyla öz nəzarətinə aldı. Ölkəmiz həm iqtisadi, həm də siyasi arenada möhkəmlənərək, öz milli maraqlarını qətiyyətlə müdafiə etdi. Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin həyat səviyyəsi yüksəldi, ordumuz daha da gücləndi və dünya qarşısında imzası ilə məsuliyyətli bir dövlət kimi tanındı.
Lakin "Əsrin müqaviləsi"nin ən dərin təsiri, Azərbaycanın tarixi Zəfərə - 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə yol açmasında oldu. Bu müqavilənin yaratdığı iqtisadi və siyasi sabitlik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçün lazım olan gücün təməlini qoydu. Beləliklə, "Əsrin müqaviləsi" yalnız neft sazişi deyil, Azərbaycanın gələcək nəsilləri üçün qalib bir dövlətin tarixi irsidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31