Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırdı

NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq Brüsseldə vida nitqi zamanı bildirib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələri "sülhün bədəlini ödəməyə" hazır olmalıdırlar.

"ÜDM-in 2 %-i artıq ittifaqın təhlükəsizliyini təmin etmək üçün kifayət etmir. Pul nə qədər çox olsa, müdafiəmiz bir o qədər güclü, mühafizəmiz bir o qədər təsirli, təhlükəsizliyimiz isə bir o qədər yüksək olar. Hər bir müttəfiq xərci qiymətləndirməlidir, lakin aydındır ki, bu, ÜDM-in 2 %-dən xeyli çoxdur", o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31