Rusiyadan keşiş Baqrata verilən dəstək tam şəkildə artır- ÖZƏL

"Ötən ilin birinci yarısında erməni keşiş Baqratın rəhbərlik etdiyi antiiqtidar hərəkatı birinci hissədə məğlubiyyətə uğradı və hakimiyyəti devirmək imkanı əldə eləmədi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"İkinci hissədə şübhə yoxdur ki, birinci rübdə əldə elədiyi təcrübəni istifadə edib, ikinci hissədə aldığı dəstəklə növbəti revanş mərhələsinə başlayacaq və bu da onu göstərir ki, Rusiyadan keşiş Baqrata verilən dəstək tam şəkildə artır və o, özünə yeni elementlər əlavə edir. İkinci bir məsələ də var ki, beynəlxalq erməni diasporunun Azərbaycanla sülh müqaviləsi kontekstində Ermənistana dəstəyi ilə bağlı dəyişmələr var. İndi Paşinyan iqtidarının bu qüvvələri də özündən narazı salınması Baqratın gücünü artıran əsas amillərdən biridir. Rusiya ilə Ermənistan arasında isə ticarət dövriyyəsinin yüksək rəqəmlərlə açıqlanması müsbət dinamikalı olsa da, ikili arasında hələ də diplomatik böhran davam etməkdədir və bu da görünür ki, Ermənistan daxilində Rusiyanın mövqeyini gücləndirən, ictimai rəyə xidmət edən sosial bazanın artımı istiqamətində proses aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31