TDT Milli Təhlükəsizlik Şurasının sədrləri mövcud təhlükəsizlik təhdidləri və çağırışları müzakirə ediblər

Sentyabrın 18-19-da Qazaxıstanın Türküstan şəgərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin Milli Təhlükəsizlik Şurası (MTŞ) sədrlərinin 3-cü toplantısı keçirilib.

Olaylar Türk Dövlətləri Təşkilatına istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının katib Qızat Nurdauletov, Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu, Özbəkistan Respublikası Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və Baş katibin müavini Dr. Ömər Kocamanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Görüş zamanı tərəflər cari təhlükəsizlik mühiti və TDT regionunda və dünyada baş verən hadisələrə diqqət yetiriblər. Tərəflər TDT ölkələrini hədəf alan mövcud təhlükəsizlik təhdidləri və çağırışları, həmçinin bəzi regional və qlobal hadisələrin və tendensiyaların Türk regionuna mümkün təsirlərini müzakirə ediblər.

Təhlükəsizlik Şurasının sədrləri öz müzakirələrində nəqliyyat təhlükəsizliyinə və Orta Dəhliz boyu nəqliyyat və logistika infrastrukturunun inkişafına xüsusi diqqət yetiriblər.

İclasda həmçinin təhlükəsizlik sahəsində mövcud əməkdaşlığın konkret layihə və proqramlarla inkişafı üçün TDT çərçivəsində mexanizmlərin gücləndirilməsi məsələsi də ətraflı müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31