Zeynal Əmrəliyev: Bu, dünya tarixində əhəmiyyətli hadisədir- ÖZƏL

"Bir il öncə keçirilən antiterror  tədbirləri   çox mühüm əhəmiyyət kəsb edir. Bu, ümumilikdə dünya tarixində əhəmiyyətli bir hadisədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Xüsusilə də postsovet məkanında, yəni sovetlər dağıldıqdan sonra baş qaldıran separatçılıq hərəkatına ilk dəfə bu şəkildə son qoyuldu. Azərbaycanın həyata keçirdiyi bu əməliyyat, demək olar ki, bütün digər ölkələr üçün örnək təşkil edən mühüm bir addım idi.  Ümumilikdə postsovet məkanındakı ölkələr, həmçinin dünyanın digər bölgələrində baş qaldıran separatizm hərəkatları üçün də bir örnək təşkil edirdi. Burda Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasəti, düzgün və vaxtında davranış sərgiləməsi çox əhəmiyyətli bir hadisədir. Hadisələrə vaxtında və adekvat qiymət verməsi, yüksək siyasi iradə göstərməsi və mövqeyini nümayiş etdirməsinin nəticəsi olaraq torpaqlarımız Ali Baş Komandanın başçılığı altında tamamilə azad olundu və Azərbaycan ərazisindəki separatizmə son qoyuldu. Bunun çox böyük əhəmiyyəti var. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütünləşdi, bütöv bir şəkildə Azərbaycan torpaqlarının suverenliyi bərpa edildi. Bu gün demək olar ki, bizim işğal altında qalan şəhərimiz, bölgəmiz, yaşayış məntəqəmiz yoxdur. Bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Dövlət suverenliyimiz tam şəkildə bərpa edilib və bu, Azərbaycanın gələcək inkişafına, ümumilikdə Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması üçün mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Azərbaycan bununla da bölgədə həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafı üçün yeni zəmin yaratdı".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31