İsrail və ABŞ müdafiə nazirləri telefonla danışdılar

İsrailin müdafiə naziri Yoav Qallant ilə ABŞ-nin müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Olaylar bildirir ki, bu barədə İsrailin müdafiə naziri "X" platformasındakı paylaşımında bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı strateji, regional mənzərə qiymətləndirilib, İsrail ordusunun cənub və şimal bölgələrində apardığı əməliyyatlara, xüsusən də Hizbullahın təhdidlərinə qarşı müdafiəsinə diqqət yetirilib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31