Vüqar Əhmədov: Azərbaycan Respublikasında Dövlət Suverenliyi gününün təsis edilməsi çox önəmli hadisədir- ÖZƏL

"Azərbaycan Respublikasında Dövlət Suverenliyi gününün təsis edilməsi tarixi baxımdan çox önəmli bir hadisədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Məhz bu tarixdə  qısa müddət çəkməsinə baxmayaraq, bu hərbi əməliyyat Azərbaycanın müstəqillik və hərb tarixində xüsusi bir yer tutur. Bu əməliyyat keçirilmədən biz Azərbaycanın tam suverenliyindən və ərazilərin bərpasından danışa bilməzdik. Ölkəmiz 1990-cı illərin əvvəllərindən öz müstəqilliyini bərpa etsə də, BMT və dünya birliyi tərəfindən tanınan ərazilərimiz Ermənistan Respublikası tərəfindən ciddi şəkildə pozuldu, uzun illər 20 faiz ərazilərimizə nəzarət etmədən yaşadıq, 19- 20 sentyabr antiterror əməliyyatı isə tariximizdə həm də bir qısas əməliyyatı kimi yadda qaldı, erməni cəlladlarının və canilərinin Xocalıda və Qarabağın digər bölgələrində xalqımıza qarşı törətdiyi soyqırımın qisası alındı, Azərbaycan ərazisində seperatizmin mövcudluğuna birdəfəlik nöqtə və son qoyuldu. Azərbaycan xalqı bu günü çox gözləyib, indi biz tam qürur hissi ilə dövlət suverenliyi gününu qeyd edəcəyik. Azərbaycanın hər bir nöqtəsində, ərazisində üçrəngli bayrağımız məğrurla dalğalanır, məhz bu tarixdən sonra daha heç bir düşmən, yağı bizim öz ərazimizdən bizə qarşı təxribat törədə bilməyəcək, hansısa qondarma quruluş yaratmağa cəhd edərək bizə meydan oxuya bilməyəcək. 
Azərbaycan dövləti və ordusu bütün bu əməliyyatları beynəlxalq hüquq çərçivəsində, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan əraziləri çərçivəsində ən sivil formada həyata keçirib, bu isə dünyaya Azərbaycan dövlətinin bir daha gücünün göstəricisidir. Azərbaycan ərazisində bundan sonra heç bir seperatçıya, cinayətkara yer ola bilməz və Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini və ölkəmizin suverenliyini ən yüksək səviyyədə qoruyur və müdafiə edir. Mən fürsətdən istifadə edib Cənab Prezident İlham Əliyevə belə bir günün təsis edilməsinə görə öz təşəkkürümü bildirmək istəyirəm".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31