Şoyqunun İrana səfərinin üç əsas istiqaməti- ÖZƏL

"Rusiya Təhükəsizlik Şurasının katibi Şoyqunun İrana qəfil səfəri müxtəlif müzakirələrə səbəb olub. Məncə, bu, bir neçə məsələ ilə bağlı səfərdir, çünki son dövrlər Rusiya və İran arasında müəyyən problemlər yaşanmaqdadır". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Baxmayaraq ki, tərəflər arasında münasibətlər xüsusilə də Rusiya-Ukrayna savaşından dolayı kifayət qədər irəliyə gedib və artıq strateji tərəfdaşlıq haqqında memorandumun  imzalanması ilə bağlı fikirlər səslənməkdədir. İran tərəfi Rusiyanı bu savaşda dəstəkləyən, xüsusilə də PUA-larla, indi də ballistik raketlərlə təmin edən əsas ölkələrdən biridir ki, bu da dünya gündəmində ciddi şəkildə müzakirə olunmaqdadır. Amma eyni zamanda, tərəflərin, xüsusilə də Güney Qafqazdakı problemlərə baxışında müəyyən fərqlər var. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı İran və Rusiyanın mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir. Son dövrlər İran tərəfdən Rusiyaya qarşı açıq demarşlar və çağırışlar eşidilməkdədir. Təbii ki, bu məsələlər Rusiyanı narahat etməkdədir. O baxımdan tərəflər arasında müzakirə olunacaq kifayət qədər mövzu var deyə bilərik. Hər halda bu səfər qeyd etdiyimiz kimi Güney Qafqazdakı proseslərlə də bağlıdır. Ermənistanın Qərblə yaxınlaşması, sürətlə silahlanması, o cümlədən Ermənistanda Avropya missiyası ilə bərabər artıü Fransa və Amerika hərbçilərinin Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlaması və Zəngəzurda hərbçilərin yerləşdirilməsi və digər məsələlər təbii ki, müzakirə olunacaq məsələlərdəndir. Amma məncə, əsas üç istiqamət daha ön plandadır: İranla Rusiya arasında strateji tərəfdaşlıq memorandumunun imzalanmasına hazırlıqla bərabər məsələlər müzakirə ediləcək. Bundan başqa Rusiya İran istehsalı olan ballisik raketlərin tədarükü və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olunacaq əsas məsələlər sırasındadır deyə bilərik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31